Madridin "Real" klubu baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb
  • Bu barədə klub prezidenti Florentino Peres bu axşam keçirdikləri mətbuat konfransında deyib:

"Mourinyo mövsümün sonunda komandadan ayrılacaq. O qovulmayıb. Bu bizim birlikdə verdiyimiz qərardır". Prezident hazırda hər hansı bir baş məşqçi ilə  razılığa gəlmədiyini bildirib.

Qeyd edək ki, Mourinyo 2010-cu ildə "İnter"dən "Real"a transfer edilib. Madrid klubunu çalışdırdığı üç il ərzində portuqaliyalı mütəxəssis bir İspaniya çempionluğunu , ölkə kubokunu və super kubokunu qazanıb.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.