"Çelsi" Runini transfer etmək istəyir
  • İngiltərənin "Çelsi" klubu "Mançester Yunayted"in futbolçusu Ueyn Runini transfer etmək istəyir.

Bunun üçün klubun sahibi Roman Abramoviç “MY”ə 30 milyon avroluq təklif göndərilməsini istəyib.
London klubunun ingilis hücumçuya "MY"də həftəlik qazandığı 250 min sterlinq verməyə hazır olduğu da bildirilir .

Qeyd edək ki, yeni mövsümdən "Çelsi"ni çalışdıracağı gündəmdə olan Mourinyonun Runini komandada görmək istədiyi iddia edilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.