Hürrəm Sultan “Möhtəşəm Yüzil”i yarımçıq qoyaraq ölkəsinə qaçdı
  • Türkiyənin ən məşhur serialı olan "Muhteşem yüzyıl"ın Hürrəm sultanı Məryəm Uzerli getdiyi berlindən geri qayıtmaq istəmir.

Məryəm Uzerli bazar günü ailəsinin yanına - Berlinə gedib. O, səfərini psixologiyasının pozulması və müalicə olmaq istədiyi ilə əlaqələndirib.

O, çox işləməkdən və serial çəkilişlərinin uzun zaman davam etməsiundən şikayətlənib. Uzerli İstanbula qayıtmayacağını açıqlayıb. Serialı lentə alan "Tims Productions" şirkəti baş roldakı aktrisanın ani qərarı ilə şoka düşüb. Bu həftə 100-cü seriyanı yayımlaya bilməyən şirkət 1 milyon dollar ziyana uğrayıb.

Bəzi məlumatlara görə, Uzerli bir necə ay öncə may ayında gedəcəyi barədə xəbərdarlıq edib. "Mən mayda gedəcəm. Burada qalmayacam" deyən aktrisanı məhkəmə ilə hədələyiblər. Lakin o, bu iddialara "Mən alman vətəndaşıyam. Bu müqavilə Türkiyədə keçərlidir", deyə cavab verib.

Qeyd edək ki, Hürrəm sultan rolunun ifaçısı seriyaya görə 35 min türk lirası (təqribən 16 min manat) pul alır.

Aktrisa son aylarda daima işinin gərginliyindən şikayət edirdi. O, "güzgüyə baxanda Hürrəmi görürəm. Mən Məryəm üçün darıxıram. Bəzən psixoloji olaraq çox yoruluram. Bu həyat heç də asan deyil. Türkiyədə seriallar uzun çəkir. Bu manyaklıqdır" deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.