İqbal Ağazadə İsgəndər Həmidov və Aslan İsmayılovun döyülməsindən danışdı
  • “Heyvanlara insanlar tərəfindən insani münasibət göstərilməlidir.Təəssüflər olsun ki, bizim cəmiyyətdə insani münasibətləri heç insanlara göstərmirlər”

Millət vəkili İqbal Ağazadə bu fikirləri Milli Məclisin 31 may toplantısında heyvanlarla bağlı deputatlara təqdim olunmuş qanun layihəsinin müzakirəsi zamanı bildirdi. Cari məsələlər üçün müzakirələrə vaxt ayrılmadığını deyən deputat son günlər baş verən qanunsuzluqlara diqqət çəkdi: “Naməlum şəxslər İsgəndər Həmidovu oğurladılar, aparıb döydülər. Dünən Aslan İsmayılov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və döyülüb buraxılıb, ona konkret tələblər irəli sürülüb. Heç müstəntiq də adını gizlətmir, özünü də çox aydın şəkildə göstərir. Hüquqi dövlət deyiriksə, bu gün burda heyvanlara münasibətdə insani münasibət istəyiriksə, Azərbaycan insanına bu insani münasibəti göstərəcək nəhayət ki, qurumlar olmalıdır və bu qurumların bu cür münasibəti nəhayətdə ən azı Milli Məclis və ya səlahiyyətli dövlət qurumları tərəfindən qınaqla qarşılanmalı, adamlar məsuliyyətə cəlb olunmalıdır. Bu məsuliyyətsizlik cəmiyyətdə çox ciddi qarşıdurma əhval-ruhiyyəsi, çox ciddi başıpozuqluq yaradır və hüququn ayaqlar altına atılmasını təsdiq edir. Bu tipli hallara ilk növbədə hüquq mühafizə orqanları ilə yanaşı, qanunverici orqan da öz reaksiyasını bildirməlidir. Bəli, deyə bilərlər ki, məhkəməyə müraciət elə. Məhkəmə obyektiv araşdırmır və insanların hüquqları pozulur. Mən israrla həm hüquq mühafizə orqanlarından, həm Milli Məclis rəhbərliyindən xahiş və tələb edirəm ki, həm İsgəndər Həmidovun şənbə günü oğurlanaraq aparılmasına, həm Aslan İsmayılovun dünən Aslan İsmayılov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülməsinə qarşı tədbir görülməsini və həmin şəxslərin qəti şəkildə cəzalandırılmasını tələb edən bir mövqe ortaya qoysunlar”.

Sabina Əsədova
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.