Rəqsanə: "Elə böyük günahlar işlətmişəm ki, İstanbula sığmaz"
  • Dörd aya yaxındır Azərbaycanda olmayan müğənni Rəqsanə yeni həyatından mənmundur.

Aylardır nişanlandığını deyən ifaçı Lider TV-nin "Rəngarəng" proqramında artıq ailəli sayıldığını deyib: "Sponsor başqa şeydi, ailə başqa. Mən artıq ailəli sayılıram. Toylarıma gedirəm, şou-proqramlarda çıxış etmirəm. Öz işlərimlə məşğulam. Ən azından günümü uşaqlarımla keçirirəm."

Türkiyədə yeni addımlarını atan ifaçı şəxsi həyatı ilə bərabər yaradıcılığında da hər şeyin yolunda olduğunu söyləyib: "Bu an həyatımda hər şey qaydasındadı. Mən Allahın sevimli bəndəsiyəm, həyatda istədiyim şeyə gec-tez nail oluram."

Rəqsanə Azərbaycanı tərk etməyə məcbur olduğunu açıqlayıb: "Məcbur olub uşaqlarımı, anamı götürüb çıxdım Azərbaycandan. Baş verənlərdən bezdim. İntihara cəhd etmişdim, amma bu gün şükr edirəm.

2010-2011-ci illərdə həyatımın ən pis günlərini yaşamışam. O adamlar üzündən ailəmə pis günlər yaşatmışam. Layiq olmayan insanlar mənim süfrəmin başında oturublar. Elə böyük günahlar işlətmşəm ki, bu boyda İstanbula sığmaz. O günlərim yadıma düşəndə özünə nifrət edirəm."

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.