Misir Mərdanov sürücüsüz qaldı
  • Belə ki, sabiq nazir özünün idarə etdiyi nömrəsi 90 AD 717 “Mercedes C-class” avtomobili ilə bu yol istiqamətindəki avtomobil sıxlığında qalıb.

Nazir 90 AD 717 nömrəli “Mercedes C-class” avtomobili ilə tıxacda qalıb. Hər gün olduğu kimi bu gündə Bakı-Sumqayıt yolunda avtomobillərin sıxlığı və tıxac müşahidə olunub.

AzVision.az-ın əməkdaşı xəbər verir ki, Bakı-Sumqayıt yolundakı bu günki avtomobil sıxlığından əziyyət çəkənlərdən biri də sabiq təhsil naziri Misir Mərdanov olub. Belə ki, sabiq nazir özünün idarə etdiyi nömrəsi 90 AD 717 “Mercedes C-class” avtomobili ilə bu yol istiqamətindəki avtomobil sıxlığında qalıb. Çox güman ki, M.Mərdanov AMEA-ya işə tələsirdi. Digər diqqət çəkən məqam isə nazirin sürücüsüz olması idi. Bir neçə dəqiqə çəkən avtomobil sıxlığından sonra sabiq nazir rahat şəkildə yoluna davam edə bildi.

Xatırladaq ki, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur və fizika-riyaziyyat elmləri doktoru, professordur. M.Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Naziri isə gənc kadr Mikayıl Cabbarov əvəz edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.