Yevlaxda hərbçi ağır yol qəzası törədib, ölən və yaralananlar var
  • Yevlax rayonunda ağır avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə ötən gecə Yevlax-Ağdam yolunun 9-cu kilometrliyində, Yevlaxın Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Bərdə istiqamətində hərəkətdə olan Biləsuvar sakini Qasımov Rəşad Səlim oğlunun idarə etdiyi “Chevrolet” markalı minik maşını eyni istiqamətdə hərəkət edən “ZİL” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində minik maşınında olan sərnişinlər - Bərdə sakini, 1993-cü il təvəllüdlü Şahbazlı Cəfər Hüseyn oğlü və Şəki sakini, 1985-ci il təvəllüdlü Mahmudova Aynur Soltan qızı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər. Avtomobilin sürücüsü, “N” saylı hərbi hissənin çavuşu Rəşad Qasımov və sərnişin - Bərdə sakini, 1991-ci il təvəllüdlü Şahbazlı Firuzə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçdığı üçün onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.