Yol polisləri üçün helikopter (FOTO)
  • Facebook sosial şəbəkəsində yayılan informasiyalara görə, Azərbaycana Yol Polisləri üçün helikopter gətirilib.

FOXnews.az-ın “Qafqazinfo”-ya istinadən veridyi məlumata görə, həmin helikopterlərin fotosu da Facebookda yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. K. Əliyev açıqlamasında bildirib ki, onda belə bir məlumat yoxdur: “Mən ilk dəfədir bu haqda eşidirəm. Bizdə belə informasiya yoxdur. Bu cür məlumatları kim yayırsa, həqiqətə uyğun deyil”.

Maraqlıdır ki, K. Əliyev bir neçə ay əvvəl anspress-ə açıqlamasında polis üçün helikopterin alındığını açıqlayıb: “Dövlət Yol Polisi İdarəsinin maddi-texniki bazası gücləndirilib. Bir çox yeni texnikalarla ilə yanaşı, yol polisləri üçün helikopter də alınıb. Bütün görülən işlər yol polisinin işində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir”. K. Əliyev həmçinin helikopteri idarə etmək üçün xüsusi pilotların olduğunu qeyd edib. Helikopterdə 2 pilot yeri və arxada əyləşmək üçün 3 nəfərlik yer var. Helikopter istənilən məkanda dövr etmək imkanına malikdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.