Bəkir Bozdağ: Türkiyəni güclü görmək istəmirlər
  • Dünya ölkələrinin əksəriyyəti Türkiyəni güclü görmək istəmir. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Bozdağın sözlərinə görə, Türkiyədə keçirilən etiraz aksiyaları əvvəlcədən planlaşdırılıb, lakin Türkiyə hökuməti bu müvəqqəti problemin öhdəsindən gələcək.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxtəlif şəhərlərində hökumətə dəstək aksiyaları da keçirilir. Türkiyə KİV-in məlumatına görə, mitinqlərdə hökumətin 100 mindən çox tərəfdarı iştirak edir.

Ötən gün Ankarada keçirilən etiraz aksiyaları zamanı 100 nəfər saxlanılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.