Hindistan dünyanı şoka saldı
  • "DataVind" şirkəti dünyanın ən ucuz planşet kompüterini təqdim edib. Hindistan dünyanın kompüter istehsalçılarını və istifadəçilərini şoka salıb.

Belə ki, “DataVind” şirkəti Hindistan Texnologiya İnstitutu ilə birgə dünyanın ən ucuz planşet kompüterini təqdim edib. “Akaş” adlı yeni planşet 35 dollara satışa çıxarılacaq. 2 USB portu, 3 saatlıq batareyaya malik “Akaş” planşetlərlə internetə girmək və video-konfrans keçirmək mümkün olacaq. Planşetin təqdimatını təşkil etmiş Hindistanın insan resursları inkişafı naziri yeni məhsulun başlıca olaraq ölkənin aşağı təminatlı tələbələri üçün nəzərdə tutulduğunu deyib. Nazir sınaq üçün təqdimat zamanı tələbələrə 500 yeni “Akaş” planşeti paylayıb. 
O qeyd edib ki, hökumət artıq 100 min planşetin alınmasına sifariş verib. Bir neçə ilə bu rəqəmin 10 milyona çatdırılacaq.Qeyd edək ki, Hindistanın İnsan Resursları İnkişafi Nazirliyi 2009-cu ildə də dünyanı şoka salmışdı. O vaxt bəyan olunmuşdu ki, bazara 10 dollar dəyərində noutbuklar çıxaılacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.