Əsəd nazirlərini istefaya göndərdi, BMT baş katibi çağırış etdi
  • Suriya prezidenti Bəşər Əsəd Ramazan ayının başladığı bir dönəmdə 16 naziri istefaya göndərib.

16 nəfər yeni nazir təyin edilib. Bununla da 2005-ci ildən indiyə qədər ilk dəfə hökumətdə belə geniş miqyaslı dəyişiklik edilib. Bəşər Əsəd bildirib ki, hakim BƏƏS Partiyasının xalqla bağlarını və dialoqu gücləndirmək üçün belə bir addım atıb.

Bu arada BMT baş katibi Pan Gi Mun Suriya ordusunu və müxalif Azad Suriya Ordusunu Ramazan ayında atəşi dayandırmağa və atəşkəsi xalqa hədiyyə etməyə çağırıb. Suriyada 2011-ci ilin martından indiyə qədər 100 nəfərin həyatını itirdiyini söyləyən Pan Gi Mun tərəfləri əsir götürdükləri mülki şəxsləri də azadlığa buraxmağa çağırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.