Nazir də xalq artistlərinin davasından danışdı
  • Xalq artistlərinin bitməyən davasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də biganə qalmayıb.

Qubada olan nazir AzNews.az-ın əməkdaşının məsələ ilə bağlı sualına cavab olaraq bunları deyib:

“Xalq artisti adını alan şəxs, bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problem öz aralarında çözülməlidirlər”.

Nazir mətbuata da səslənib: “Mətbuat onların narazılıqlarını sensasiya kimi qələmə verməməlidir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.