İlkin Rüstəmzadə kameraya qaytarılıb
  • Bakı İstintaq Təcridxanasında saxlanan “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə sanitar şöbədən kameraya qaytarılıb.

Bunu “Media forum” saytına İlkin Rüstəmzadənin bacısı Nərgiz Rüstəmzadə deyib. Nərgiz Rüstəmzadə bildirib: “Yarasına infeksiya düşməsin deyə istəyirdik ki, İlkin sanitar şöbədə qalsın. Amma yarasını açıb sarıyandan sonra onu yenidən kameraya qaytarıblar. İlkinin onurğa sütununda böyük şiş var. Penitensiar Xidmətdən cərrah gedib şişə müalicə yazıb. Müalicə müddətində şiş çəkilməsə, əməliyyat etmək lazım gələcək. Çünki onurğaya yenidən çirk yığıla bilər. İstəmirik İlkin əməliyyat olunsun. Allah eləsin, müalicə xeyir versin.

İyulun 8-də İlkininlə telefon əlaqəsi saxlamışıq. Səsi yaxşı gəlirdi. Həftədə iki dəfə 15 dəqiqə danışırıq, bir dəfə də görüşürük”.
İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə tutulub. Prokurorluq ona xuliqanlıq ittihamı irəli sürüb.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.