Ərdoğan: "Kimin kim olduğu ortaya çıxır"
  • Türkiyə baş naziri Rəcəb Tayyip Əroğan qatıldığı iftar süfrəsində "Gezi parkı hadisələri" haqda danışıb.

Baş nazir "Kimin kim olduğu ortaya çıxır" deyərək olayları şərh edib. "Nə oldu? Gəldilər, keçdilər və getdilər. Türkiyə bundan sonra da bərabərlik içində addımlayacaq. Ən böyük meydan Taksim deyil, Kazlıçeşmədir. Kazlıçeşmədən də böyük meydan seçkilərin keçiriləcəyi meydandır. Bu meydan gələcəyin atəş fişəngini atəşləyir", - deyə Ərdoğan qeyd edib.

Türkiyə baş naziri çıxışında Srebrenitsa qətliamında həlak olanların yaxınlarına səbir diləyib. Türkiyə hökumət başçısı Qərbin Suriya, Fələstin, Əfqanıstan və Misirdə baş verənlərə biganə qalması barədə də danışıb.

"Qismətimiz nə qədərdirsə o qədər də yaşayacağıq. Bundan artıq yox. Ömür dollarlar və ya avrolarla uzanmır. Ancaq dollar və avrolarla da qısalmır. Nə qədər üzərlərimizə gəldilərsə "ya səbir" dedik. Allah səbr edənlərlədir dedik. Allah yar və yardımçımızdır dedik".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.