Əli Əhmədov: Bu gün Azərbaycan mətbuatı öz fəaliyyətini sağlam ənənələr üzərində qurub
  • Bu gün Azərbaycan mətbuatı öz fəaliyyətini sağlam ənənələr üzərində qurub.

Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov partiyanın qərargahında 22 iyul - Milli Mətbuat Günü ilə bağlı təşkil olunan tədbirdə bildirib:

"Bu ənənə Azərbaycan mətbuatına kölgə salan məqamlara, o cümlədən mətbuat azadlığından sui-istifadə hallarının genişlənməsinə imkan vermir. Düzdür, sui-istifadə halları olsa da, bu, xarakterik hal almır".

O, qeyd edib ki, Azərbaycan inkişaf etdikcə onun mətbuat orqanları da inkişaf edəcək.

Əhmədov deyib ki, dövlət mətbuatın normal fəaliyyəti üçün şərait yaradıb və mətbuat sərbəst fəaliyyət göstərir.

YAP-ın sədr müavini dövlətin mətbuata verdiyi dəstək sırasında jurnalistlər üçün tikilən evləri, redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasını və sair məqamları qeyd edib.

Əhmədov ölkədə bu il baş tutacaq prezident seçkilərinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi növbəti beş ildə də prezident kimi görür: "Bu göstərir ki, YAP-ın namizədi seçicilərin etimadını doğruldub, verdiyi bütün sözləri yerini yetirib".

Daha sonra YAP rəsmisi bir qrup jurnalisti mükafatlandırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.