“Nabran” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə əlaqədar
  • Xaçmaz rayonu ərazisində yerləşən “CTF” firmasına məxsus “Nabran” istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunmuşdur.

Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar etmiş və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə etmişdir. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) dayandırılması barədə əmr verilmişdir.

Hal-hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanmış və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilmişdir. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbi ilə müvafiq sanksiyalara məruz qalacaqdır və hətta onun fəaliyyətinə xitam verilə bilər. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən “məxfi qonaq” sistemi üzrə həyata keçiriləcəkdir.

Fürsətdən istifadə edərək, sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırırıq.


Mədəniyyət və Turizm Nazirliyi

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.