Safuraya elçi düşən Elzaya cavab gəldi
  • Bir neçə gün əvvəl verilişlərin birində oğlunun ikinci evlilik planından danışan əməkdar artist Elza Seyidcahan gözaltı etdiyi qızların adını çəkib.

Xatırladaq ki, elə də geniş olmayan siyahıya sənətçi qızların adları daxil edilib ki, bunlardan da biri Safura Əlizadədir. Elza xanım deyib ki, əgər belə bir izdivac baş tutarsa, Safuraya gələcək karyerasında dəstək olmağa çalışacaqlar.

Daha doğrusu, çəkilişdə olduğundan qızına hər zaman dəstək olan anası Nailə xanım danışdı:

"Elza xanımın bu fikrindən xəbərsizik. Safuraya gəlincə, hələ 19 yaşındadır. Mənim gözümdə isə hələ uşaqdır. Amma kimi seçib ailə həyatı qurmaq istəsə, hörmətlə yanaşacam. Şəxsi həyatına müdaxilə etməyəcəm. Amma bilirəm ki, bu gün onun ailə həyatı qurmaq istəyi yoxdur. Ancaq yaradıcılığını düşünür".

Nailə xanım Elza Seyidcahanla münasibətlərinin də yaxşı olduğunu dedi:

"Çox gözəl insandır. Biz onunla yol yoldaşı olmuşuq. Onun necə gözəl ürəyə sahib olduğunu bilirəm. Heyf ki, bəzən onu tanımayanlar kənardan mənfi fikir bildirirlər. Amma onu yaxından tanısalar, bu cür düşünməzlər".

İki gün əvvəl "Eurovision"un milli seçim finalında proqramla çıxış edən Safura nəticənin ürəkaçan olduğu qənaətindədir. Anası deyir ki, vacib olan - finalistin ölkəmizi layiqincə təmsil etməsidir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.