Milli Şuradan digər namizəd irəli sürüləcək?
  • Milli Şuranın bir qrup üzvünün Rüstəm İbrahimbəyovla Tiflisdə keçirilən qapalı toplantısı gecə saat 1-ə qədər davam edib.

Görüş bağlı qapılar arxasında keçdiyindən onun təfərrüatları məlum deyil. Lakin bir sıra məqamlar diqqəti cəlb edib. Belə ki, Müsavat başqanı İsa Qəmbərin toplantıya 20 dəqiqə gecikməsi və onu iclası şərh etmədən əsəbi formada tərk etməsi jurnalistlərin diqqətini cəlb edib. Milli Şura nümayəndələri görüş başa çatdıqdan sonra açıqlama veriblər. Təbii ki, hamını maraqlandıran Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi məsələsi olub.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov Azərbaycan kütləvi informasiya vasitələrinə Azərbaycan dilində açıqlama verməkdən imtina edib və rus dilində Gürcüstan mətbuatına müsahibə verib. Milli Şuranın icra aparatının rəhbəri isə iclasın yekun qərarını elan edib. Milli Şura Tiflisdə Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxma prosedurunu sürətləndirmək məqsədilə Vladimir Putinə müraciət edib. Eyni zamanda toplantıda Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı üçün siyasi, hüquqi-texiniki, təşkilati işlərin, həmçinin ictimai və beynəlxalq rəyin hazırlanmadığı bildirilib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov Milli Şuradan prezidentliyə vahid namizəd kimi seçilən zaman bir çoxları onun Bakıya qayıtması ilə bağlı ehtiyatlı mövqedən çıxış edirdilər. Politoloqların fikrincə, Rüstəm İbrahimbəyovun qayıdışının sual altına düşməsi Milli Şuradan digər namizədin irəli sürülməsinə ehtiyac yaradacaq. Bu isə yenidən müxalifət daxilində fikir ayrılığına səbəb ola bilər.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun Bakıya qayıdışına Müsavat partiyası şübhə ilə yanaşdığından bu təşkilat vahid namizədin olmasına baxmayaraq İsa Qəmbərin də prezidentliyə namizədliyini irəli sürmüşdü.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.