Ermənistan ötən ay atəşkəsi 180 dəfə pozub, Azərbaycanın bir hərbçisi şəhid olub
  • Cari ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 180 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub.

Ötən ay ən çox atəşkəs pozuntusu cəbhənin Füzuli rayonu istiqamətində olub. Qeyd olunan istiqamətdə ermənilər tərəfindən atəşkəs rejimi 59 dəfə pozulub.

Ümumilikdə atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərin 90,5 faizi Qarabağ cəbhəsinin payına düşüb. Qarabağ cəbhəsi üzrə atəşkəs pozuntularının 33-ü Ağdam, 30-u Goranboy, 23-ü Tərtər, 13-ü Xocavənd, 3-ü Göygöl, 2-si isə Cəbrayıl rayonu istiqamətində qeydə alınıb.

Ermənilərin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində də aktivləşməsi müşahidə olunub. Dövlət sərhədində Ermənistan Ordusu tərəfindən atəşkəs rejimi Qazax rayonu istiqamətində 10, Tovuz rayonu istiqamətində 3, Gədəbəy rayonu istiqamətində 3, Ağstafa rayonu istiqamətində isə 1 dəfə pozulub.

Qeyd edək ki, cari yanvar-iyul aylarında cəbhədə 1102 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186, iyulda 180) qeydə alınıb. Ümumilikdə dəqiqləşdirilmiş məlumatlara görə, cari ilin 7 ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub. Azərbaycan snayperləri tərəfindən isə Ermənistan Ordusunun 15 hərbçisi məhv edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.