Elmar Məmmədyarovun Nyu-Yorka səfəri başlayıb
  • Səfər müddətində nazir Elmar Məmmədyarovun BMT TŞ-də çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun avqustun 6-da BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda keçiriləcək açıq müzakirələrdə iştirak etmək məqsədilə Nyu-Yorka səfəri başlayıb.

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşə Argentina Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.

Səfər müddətində nazir Elmar Məmmədyarovun BMT TŞ-də çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.