Sabir Rüstəmxanlı vahid namizədlikdən imtina etdi
  • "Bir il bundan öncə Milli Şuranın vahid namizədi olmaq təklifi gəlsəydi, buna razılaşa bilərdim"

Vətəndəş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Türkiyədən yenicə qayıdan partiya sədri onun Milli Şuranın prezidentliyə vahid namizədi olması ilə bağlı irəli sürülən təklifə və buna qarşı çıxan eks-spiker Rəsul Quliyevə cavab verib.

VHP sədri Modern.az-a bildirib ki, bir il bundan öncə ona Milli Şuranın vahid namizədi olmaq təklifi gəlsəydi, buna razılaşa bilərdi:

“Seçkiyə cəmi iki ay qalıb. Bu müddətdə Milli Şura öz namizədi ətrafında müzakirələr aparır. Müxtəlif variantlar deyilir. Bunlar qeyri-ciddi məsələlərdir. Doğurdan da hakimiyyətə gəlmək istəyən adamlar, iqtidarı udmaq istəyən qüvvələr bu işi əvvəldən görə bilərdilər. Çox ciddi çalışmaq lazım idi. Seçkiyə iki ay qalmış biz nala-mıxa vururuqsa, bununla heç nəyə nail olmaq, qələbə qazanmaq mümkün olmayacaq.

Bir il əvvəl, il yarım əvvəl mənə təklif olunsaydı köhnə dostlarımın, həmkarlarımın ürəkdən məni dəstəklədiklərini bilsəydim, onda bir qərar verə bilərdim.

İndi bu barədə danışmaq yersizdir. Milli Şuranın fəaliyyətini izləyirəm”-deyə S.Rüstəmxanlı bildirib.

Qeyd edək ki, VHP-nin Milli Şuradakı təmsilçisi Samir Əsədli Sabir Rüstəmxanlının müxalifətin vahid namizədi olmasına dair təklif irəli sürüb. Təklif Milli Şurada birmənalı qarşılanmayıb. Milli Məclisin eks-spikeri Rəsul Quliyev Modern.az-a açıqlamasında S.Rüstəmxanlının namizədliyinə qarşı çıxaraq bunu qəbulolunmaz hesab edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.