“Putinin Azərbaycana səfəri tərəflərdə ümid üçün əsas yaradıb”
  • Qriqoriy Trofimçuk: “Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan münasibətlərindəki informasiya atmosferini canlandırdı”

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri faktının özü artıq bir göstəricidir. Yüksək səviyyəli görüşün gündəmindəki məsələlər də çox əhəmiyyətli idi. Səfər faktı nəinki normal vəziyyətdə olan Rusiya-Azərbaycan münasibətlərinin nəinki səfər qədər olan müddətdə, həmçinin səfər ərəfəsində yaranmış informasiya atmosferinin canlanmasına səbəb oldu".

Bunu Strateji İnkişafın Modelləşdirmə Mərkəzinin (SİMM) birinci vitse-prezidenti Qriqoriy Trofimçuk Rusiya prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, məhz bu səfərin yekunlarına əsasən, informasiya planındakı gərginliyin aradan qalxdığını görmək mümkündür: "Bu gərginlik təkcə səfər öncəsi və səfər ərəfəsində deyil, həmçinin bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri qabağı da müşahidə olunur. Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və bu ölkənin prezidenti Ilham Əliyevlə danışıqlar aparması informasiya sahəsində hər iki dövlət başçısı qarşısındakı mövcud əsas qarşıdurmaları aradan qaldırdı".

Ekspertin fikrincə, bu səfərin vaxtı da təsadüfi seçilməyib: "Səfərin Azərbaycandakı seçkilər öncəsi keçirilməsi təsadüfi deyil. Məlum olduğu kimi, seçkiqabağı dövrdə bir çox yüksək səviyyəli siyasi tədbirlər təxirə salınır. Bu halda biz danışıqların açıq-aydın, hətta nümayişkaranə şəkildə seçkiqabağı müddətdə keçirilməsinin şahidi oluruq. Bu da öz özlüyündə artıq bir göstəricidir. Bu baxımdan qeyd etmək istərdim ki, Rusiya və ya onun hər hansı ictimai-siyasi təşkilatları tərəfindən Azərbaycandakı prezident seçkiləri zamanı hazırkı dövlət başçısına alternativ namizəd irəli sürəcəyi barədə bəzi KİV-lərdə yayılan məlumatların əsassız olduğu sübut edildi".

Politoloq hesab edir ki, baş tutan görüşdə aradan qaldırılan bir sıra digər məsələlər də var: "Rusiya Yaxın Şərqdə baş verən hadisələr fonunda Azərbaycanın necə davranacağını anlamaq istəyirdi. Bu, ən vacib məsələdir. Təəssüf ki, səfərsonrası şərhlərdə bu məsələ o qədər də fəal şəkildə səsləndirilmədi. Lakin mən əminəm ki, bu, tərəflərin görüşündə müzakirə olunan ilk məsələlər arasında olub. Azərbaycanda rus dili məsələsi də böyük əhəmiyyət daşıyır".

Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolundan danışan Trofimçuk vurğulayıb ki, səfər özü bu məsələnin həllində maraqlı olan tərəflər və müşahidəçilərdə ümid üçün əsas yaradıb: "Əgər Rusiya bu problemin həlli üzrə konkret addımlar atmazsa və bu məsələ gələcək rəsmi görüşlər zamanı da qaldırılarsa, bu, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti pisləşdirəcək və Qərb ölkələri yaranan vəziyyətdən özlərinə uyğun şəkildə istifadə edəcəklər. Bu zaman Rusiya, Azərbaycan və Ermənistan strateji cəhətdən uduzmuş olacaqlar. Buna görə də, bu məsələ ilə bağlı konkret həll gözlənilir. İstərdik ki, Putinin yeni prezidenlik müddətində sözügedən problem ətrafında danışıqlar, Dmitriy Medvedyevin prezidentliyi zamanında olduğu kimi, danışıqlar xatirinə aparılmasın. Qeyd edim ki, o zaman da danışıqlar fəal gedirdi, lakin heç bir nəticə əldə edilmirdi. İndi üçtərəfli formatda görüşlər daha az olsa da, bunun Dağlıq Qarabağ məsələsi üzrə daha məhsuldar olmasığını istərdik".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.