""Lüt soyunaram" deməmişəm"
  • Əməkdar artist Mehriban Xanlarovanın KİV-də dərc olunmuş “soyunaram, amma sekslə məşğul olmaram” ifadəsi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.
Əməkdaşımızla söhbəti zamanı Mehriban Xanlarova həmin cümləni başqa mənada işlətdiyini və fikrinin təhrif olunduğunu bildirib: “Mən "soyunaram" deyəndə lüt olmağı nəzərdə tutmamışam. Bəli, gecə paltarında hansısa bir yataq səhnəsinə çəkilərəm. Bunu normal hal kimi qəbul edirəm. Amma heç zaman tam soyunub erotik səhnəyə çəkilmərəm. Bir də çox maraqlıdır, niyə görə xarici seriallardakı yataq səhnələrini normal qarşılayırlar, amma mənim dediyim sözü başqa yerə yozub əllərində bayraq edərək müzakirə obyektinə çevirirlər?! Sosial şəbəkələrdə mənim barəmdə düşünmədən, anlamadan mənfi fikirlər yazan insanlara isə “ar olsun!” deyirəm”.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.