İsa Qəmbərin müavirindən Milli Şuraya sərt ittihamlar
  • Səxavət Soltan: “Neçənci dəfədir ki, uşaq bahanələri ilə xalqı və bizləri aldatmaqla məşğul olurlar”

Milli Şurada vahid namizəd məsələsinin provblemə çevrilməsi müxalifət daxilində narazılıqların yaranmasına səbəb olmaqdadır. Xüsusilə də qurumun növbəti toplantısının avqustun 26-da keçirilməsi qərarı Müsavat üzvlərinin qəzəbinə tuş gəlib.

Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltan özünün Facebok səhifəsində bildirir ki, kimlərsə bu qərarı verməklə, vaxtı uzatmağa çalışırlar.

S.Soltan yazır ki, kimlərsə "Vaxt Öldürmək" tapşırığı aliblar: "Milli Şuranın ehtiyat namizədinin müəyyən olunması, 1 saatlıq iclasın keçrilməsi üçün 1 həftə vaxta ehtiyac olduğunu "düşünürlər". Son olanları üzülərək izləmək zorunda qalmışıq. Neçənci dəfədir ki, uşaq bahanələri ilə xalqı və bizləri aldatmaqla məşğul olurlar. Bunlarla olmayacaq demirəm bunlar yoxdurlar. Musavat Patiyasının və Milli Şuranın üzvü kimi bütün bunları və son iki sesiyada olan partiya rəhbərlərinin seçkiyə və mübarizəyə münasibətini gördüyüm üçün hesab edirəm ki, Müsavat Partiyasi durmadan öz namizədi ilə seckiyə getməlidir".

Müşavir qeyd edir ki, xalqla açıq danışmaq, xalqa həqiqətləri deməklə seçkiyə gedib xalq və millət naminə mübarizə aparmaq lazımdır: "Seçkiyə gedib namizədimizi qeydə aldırmalıyıq, əgər Milli Şura namizəd müəyyənləşdirə bilsə və ya Rüstəm müəllimin namizədliyini qeydə aldıra bilsələr, yenidən qısa vaxt ərzində vəziyəti dəyərləndirib lazımı addımlar atmaq olar".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.