"Microsoft" Nokia"nı aldı
  • Mobil telefon bazarının ən güclü adlarından olan və rəqibləri ilə mübarizədə çətinlik çəkən "Nokia" satılıb.

Şirkətə 5,44 milyard avro (7,2 milyard dollar) müqabilində "Microsoft" sahib olub. Texnologiya nəhəngi hesab edilən "Microsoft"un finlandiyalı mobil telefon istehsalçısını satın aldığını adıçəkilən iki şirkət ötən gün elan edib.

Satışın 2014-cü ildə tamamlanacağı və 32.000 "Nokia" əməkdaşının "Microsoft"a transfer edilecəyi qeyd edilir.

Qeyd edək ki, mobil telefon istehsalında bir dönəm lider olan "Nokia" son zamanlar ağıllı telefon istehsalını artıran "Apple" və "Samsunq"la raqəbət aparmaqda çətinlik çəkməyə başlayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.