Qol saatı ilə zəng etmək mümkündür (VİDEO)
  • Berlindəki sərgidə göstərilən saat sahibinin mobil telefonuna bağlanılaraq zəng etməkdən başqa digər maraqlı funksiyaya malikdir.

Belə görünür ki, Samsung "Galaxy Gear" ağıllı saat layihəsilə cəld tərpənərək eyni cihazlarla bazara çıxmağa hazırlaşdığı deyilən Microsoft, Apple və Google kimi rəqiblərini qabaqlayıb.

Samsung Berlində nümayiş etdirilən yeni cihazı “stil ikonası” adlandırıb. Telefona birləşmiş ağıllı saat vasitəsilə zəng etmək olar. O, həmçinin səslə idarə funksiyasına malikdir.

Saata tələbatla bağlı analitiklərin fikri fərqlidir. Buna görə də onun istifadəçilər tərəfindən necə qarşılandığını sentyabrın 25-də "Galaxy Gear"-ın satış şəbəkəsinə verilməsindən sonra görmək olar.

Bundan öncə Samsung istehsal etdiyi smartfon və mobil telefon satışlarının azaldığını deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.