Azərbaycanda yol polisindən qeyri-adi cərimə (FOTO)
  • Bu dəfə sürücü radara aşağı sürətlə düşdüyünə görə cərimələnib. Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə qəribə məktub gəlib.

Məktubda deyilir ki, Bakı-Qazax magistralının 210-cu kilometrliyində “Nissan” markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib.

Buna görə də sənədlər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilib.
Qeyd edək ki,  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 151 - 1.1 maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati protokol tərtib edilir, 30 manat cərimə yazılır.

Şöbənin rəisi polkovnik-leytenantın Taləddin Axundovun imzaladığı məktubda sürücüdən avtomaşının sənədləri ilə birlikdə qısa müddət ərzində DYPŞ-yə getmək tələb olunur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.