Türkiyədə 4.7 bal gücündə zəlzələ olub
  • Zəlzələnin episentrinin Darəndə kəndi olduğu bildirilir. Türkiyənin Malatya şəhərində rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentrinin Darəndə kəndi olduğu bildirilir. Xoşbəxtlikdən ölən və ya yaralanan olmayıb. Lakin şəhər bələdiyyəsi zəlzələ nəticəsində xeyli sayda evə zərər dəydiyini və binaların divarlarında çatların əmələ gəldiyini bildirib. Yerli sakinlər isə divarlarda yaranmış çatlara görə evlərinə getməkdən ehtiyat edirlər. Rəsmilər kəndə dəyən zərərin hesablanması üçün fəaliyyətə başlayıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.