Azərbaycanın daha bir ulduz cütlüyü ayrılır
  • Bu günə kimi susqunluğunu qoruyan müğənni Lalə Məmmədova “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında boşanmasından danışıb.

Əməkdar artist hazırda rəsmən ayrılmadıqlarını və bu prosesin bir müddət uzadılacağını deyib:

“Əgər boşanmış olsaydım sənədləri gətirib göstərərdim. Hazırda istəsəm də, boşana bilmərəm. Çünki bətnimdə övladım var, ikinci dəfə ana olacam. Bu haqda söz-söhbətlər gedir, amma rəsmən ayrılmamışıq.

Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Amma mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy məsələylə bağlı mediaya bu açıqlamanı verib:

“Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın. Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.