Xbox Music indi iOS və Android-də
  • Microsoft korporasiyası Android və iOS platformaları ilə işləyən mobil qurğular üçün Xbox Music xidmətinin musiqi tətbiqini istifadəyə verib.

Sözügedən tətbiq Xbox Music xidmətinin kolleksiyasındakı musiqiləri axın rejimində (yəni qurğuda saxlama imkanı olmadan) səsləndirməyə imkan verir.

Xidmət abunə sistemi üzrə işləyir. Ay ərzində tətbiq vasitəsilə musiqilərə qulaq asmaq üçün 10 ABŞ dolları ödəmək lazımdır.

Android və iOS platformaları üçün tətbiq çıxarılmasından başqa Xbox Music xidmətinin veb-versiyası təqdim edilib. Sayt üzərindən ödənişsiz musiqi dinləmək mümkündür. Lakin reklamlar olacaq.
Xbox Music xidməti 2012-ci ilin oktyabrından fəaliyyət göstərir. Onun kolleksiyasına 30 milyondan çox musiqi daxildir.

 

ICTnews

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.