Yeni Audi Nanuk (VİDEO)
  • Frankfurt avtosalonunda çox gözəl Audi Nanuk Quattro konseptual krossover debüt edib.

İnqolştadtan olan avtoistehsalçının alman avtosalonu ziyarətçilərini təəccübləndirəcək yeni modeli Italdesign GiugiaroParcour konseptual krossoverinə xüsusi cavab olaraq təqdim edilir. İki nəfərlik krossoverin yeni 5.0-litrlik V10 TDI tvin-turbo mühərriki 7-pilləli S tronic ötürmə qutusu ilə birlikdə işləyərək 544 a.c. və 1.000 Nm hasil edir.

1.900 kq çəkisi olan avtomobil 100 km/saata qədər sürətlənməni 3.8 saniyə ərzində yerinə yetirir və 305 km/saatda maksimal surətə sahibdir. Audi bildirir ki, krossoverin yanacaq sərfiyyatı orta hesabla 7.8 L/100 km təşkil edir..

Konseptin qabaritlərinə gəlincə uzunluğu 4.541 millimetr, eni 1.990 və 1.337 millimetr hündürlüyə malikdir. Avtomobilin təkər bazası 2.710 millimetrə bərabərdir.

(4charx.com)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.