Yenilənmiş Skoda (VİDEO)
  • Yeni avadanlıq və güc aqreqatları (daha dəqiq desək, yeni "mühərrik-transmissiya" birləşməsi) əldə edən restaylinq edilmiş Skoda Yeti krossoveri Avropanın başlıca motor-şousuna gətirilib.

Avropalılar üçün Skoda Yeti krossoverinin yenilənməsi – bu, hər şeydən əvvəl, yeni "mühərrik-transmissiya" kombinasiyalarıdır. Belə ki, çex parket-krossoverin 105 - və 170-güclü turbodizel modifikasiyaları bundan sonra "robotlaşdırılacaq": həcmi 1,6 litr olan birinci aqreqata indi 7-pilləli DSG "robot", amma daha məhsuldar iki litrlik mühərrikə isə 6 pilləli DSG və əlavə olaraq tam ötürücü qoşulub.

Biksenon diod hərəkət işıqları ilə baş optika, fənərlərdə işıq diodları, arxa görünüş kamerası, inkişaf etdirilmiş park etmə "köməkçisi", açarsız salona giriş və KESSY mühərriki işə salma sistemi – modelin əldə etdiyi əsas yeniliklərdir.

(4charx.com)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.