Opel-in gələcək siması (VİDEO)
  • Opel şirkəti Frankfurt avtosalonunda Monza konseptini təqdim edib. Avtomobil şirkətin gələcək model sırasının siması haqqında təsəvvür verməlidir.

Prototip kupe və universal arasında orta bir görünüşə sahibdir. Texniki olaraq Opel Monza konsepti Cascada kabrioleti əsasında yığılıb. Avtomobil iki böyük qapı- "qağayı qanadları", böyük şüşələnmə zonası, həmçinin səciyyəvi radiator barmaqlığı əldə edib. Baxmayaraq ki, Opel Monza başqa cür deyil məhz "kupe" adlandırılır, görünür ki, söhbət hər halda hetçbekdən gedir.

İnteryerdə dörd kürsünün, rəqəmli cihaz panelini, multimedia və naviqasiya sisteminin iri ekranını, həmçinin dörd milli böyük sükan təkərini qeyd etmək olar.

Avtomobilin təchiz edildiyi hibrid güc qurğusunda benzin deyil, sıxılmış təbii qazla işləyən 1,0-litrlik turbo mühərrikdən istifadə edilir.

(4charx.com)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.