Putini İrana dəvət etdilər
  • İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

Bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının on üçüncü sammiti çərçivəsində bir araya gələn İran və Rusiya dövlət başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verilib. Səfərin nə vaxt reallaşacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Putinlə Həsən Ruhani arasındakı görüşdə, İran nüvə proqramı, Suriya böhranı və regionda baş verən prosseslər də müzakirə olunub.

Həsən Ruhani Rusiyanın Suriya böhranı ilə bağlı təşəbbüsünui yüksək qiymətləndirib: “Rusiyanın bu böhrandakı planı, həmçinin Suriya dövlətinin atdığı addımlar ilə yeni bir müharibənin qarşısının alınacağına ümidlər artıbdır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.