İranda Twitter və Facebook şəbəkələrinə giriş icazəsi texniki xəta səbəbilə olub
  • İranda dörd il ərzində istifadə üçün bağlanan Twitter və Facebook sosial şəbəkələrinə müvəqqəti giriş mümkün olub.

Bu barədə ötən gün “Los Angeles Times” qəzetinin elektron versiyası məlumat yayıb.

Xatırladaq ki, İranda sözügedən populyar xidmətlərdən istifadəyə 2009-cu il prezident seçkiləri ərəfəsində qadağa qoyulub. Lakin ölkə sakinləri bu şəbəkələrdən xarici virtual şəbəkələr (VPN) vasitəsilə istifadə edirlər.

İran hökuməti hər iki şəbəkənin istifadə üçün açılması ilə bağlı məlumat barədə rəsmi açıqlama verib.

“Ötən gün axşam bəzi sosial şəbəkələrə (Facebook ve Twitter) giriş üçün qoyulan filtrin işləmədiyi məlum olub. Araşdırmadan sonra buna səbəbin texniki xəta olduğu müəyyənləşib. Artıq məsələ həllini tapıb və bu şəbəkələrə giriş yenidən bağlanıb.”, - İranın İnternet mühitində cinayətlərin müəyyən olunması üzrə şuranın sədri Əbdüssəməd Xorraməbədi bildirib.

(Salamnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.