Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
İ.Əliyevin təbrikində deyilir ki, bu gün A.Atambayevin rəhbərliyi ilə dost Qırğızıstan dövlətçilik və suverenliyin möhkəmləndirilməsi, demokratiya və hüquqların qorunması yolunda uğurla addımlayır. İnanıram ki, xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri və qarşılıqlı dəstək prinsipləri Azərbaycan-Qırğızıstan əməkdaşlığının gələcək inkişafı üçün möhkəm təməl olacaq. Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram.