“Facebook”da ağır itki
  • “Cyberpsychology, Behaviour and Social Networking” jurnalının analitiklərinin məlumatlarına əsasən, dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” son zamanlar təxminən 11 milyon istifadəçi itirib:

ABŞ-dan 9 milyon, Böyük Britaniyadan isə 2 milyon. Amerikanın xüsusi xidmət orqanları sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarına çıxış imkanına malik olması ilə bağlı internetdə yayılmış xəbərlər buna səbəb olub.

Analitiklər hesab edir ki, Edvard Snouden tərəfindən amerika xüsusi xidmət orqanlarının ifşa edilməsi “Facebook”un nüfuzuna böyük zərbə vurub. Bu səbəbdən Amerika və Britaniya vətəndaşları dünyanın ən böyük sosial şəbəkəsinin bazasında yerləşən fərdi məlumatlarının təhlükəsizliyindən narahat olmağa başlayıblar. Rəyi soruşulmuş istifadəçilərin təxminən 50%-i bunu “Facebook” hesablarını silməyə əsas səbəb kimi göstəriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.