Allahşükür Paşazadə: “Qoy, ermənilər Azərbaycana gəlsinlər”
  • “Ermənilər torpaqlarımızı işğal etməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”

“Bəziləri deyirlər ki, indiki şəraitdə erməniləri Azərbaycana buraxmaq olmaz, amma mən deyirəm ki, gəlsinlər”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, ermənilərin Azərbaycana gəlməsinə etiraz etmək lazım deyil: “Qoy, gəlsinlər, inkişafı görsünlər, həqiqəti anlasınlar. Ötən dəfə Ermənistana konfransa getmişdim. Heç bir inkişaf yoxdur, köhnə binalar, sovet maşınları… Əgər onlar bizim torpaqları işğal etməsəydilər, bu əməlləri törətməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.