“Google” dünyanın ən yaxşı işəgötürəni seçilib
  • Ali məktəb məzunları üçün dünyanın ən yaxşı işəgötürəni “Google” şirkəti hesab edilir. Bu barədə “Universum” şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub.

“Google” həm iş, həm də mühəndis kateqoriyasında qalib seçilib. Bizneslə bağlı ixtisaslar üzrə təhsil alan məzunları cəlb edən üçlüyə “EY” auditoru (keçmiş Ernst & Young) və "Goldman Sachs” investisiya bank daxildir. Mühəndis ixtisası üzrə ali məktəbi başa vuran məzunlar arasında ikinci və üçüncü yeri müvafiq olaraq "Microsoft” və “IBM” korporasiyaları tutur.

“Universum”un tədqiqatı ABŞ, Çin, Yaponiya, Almaniya, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Hindistan, Kanada və Avstraliya daxil olmaqla dünyanın iqtisadi baxımdan 12 nəhəng ölkəsinin tələbələri arasında aparılan sorğu əsasında keçirilib. Şirkət 200 minə yaxın tələbənin rəyini öyrənib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.