Bakıda daha bir avtobus qəzası baş verdi
  • Bakıda daha bir avtobus qəzası baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

100 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu ilə 21 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus “HYUNDAİ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 nömrəli sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Xəsarət alan hər iki sərnişin hadisə yerinə gələn təcili yardım avtomobilində tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.