İran prezidenti ABŞ-a gedir
  • İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edib. H.Ruhaninin səfərinin məqsədi Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 68-ci sessiyasında iştirak etməkdir.

İranın rəsmi mətbuatının yaydığı məlumata görə, səfər çərçivəsində H.Ruhani bir sıra ikitərəfli görüşlər keçirəcək.

İran prezidenti, Həsən Ruhani: “Bu səfərim zamanı mən və məni müşayət edən nümayəndə heyəti İran xalqının əsl simasını, mədəniyyət və sülhü sevən bir xalq kimi dünyaya tanıtmaq imkanından istifadə edəcəyik.

Bütün dünyanın təzyiqlərə məruz qalmış İran xalqının səsini eşitməsini istəyirik. Demək istəyirik ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar qeyri-qanuni və qəbuledilməzdir. Bu cür qanunlar qəbul etmək əvəzinə, dialoq və qarşılıqlı anlaşma siyasəti yürüdülməlidir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.