Bakıda qadınlar yolu bağladılar (FOTO)
  • Bakının Səbail rayonu Badamdar qəsəbəsində yaşayan bir qrup qadın sakin şəhərin həmin hissəsində çıxışı bağlayıb.

Yasamal rayon məhkəməsinin, Kempinski otelin qarşısından keçən yolu bağlayan qadınlar ötən gün yağan yağış nəticəsində evlərinin su altında qalmasından və onlarla maraqlanan olmamasından şikayətləniblər.

Sakinlərin sözlərinə görə, bu gecə kanalizasıya suları evlərinə dolub. Qadınlar İcra hakimiyyətindən nümayəndə gəlməyincə yolu açmayacaqlarını bildiriblər.

Şikayətçilərin ANS-ə verdiyi məlumata görə, çirkab sular bütün evləri basıb: “Bütün ev suyun içindədir. Qızıma cehiz almışdım hamısı suyun altındadır. Qonşuda körpə uşaqlar var, xəstələr var. Biz tələb edirik ki, icra nümayəndəsi gəlsin, dərdimizə çarə etsin. Bizimlə maraqlanan yoxdur”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.