Əlikram Hümmətov Ermənistana gedib
  • 1993-cü ildə Azərbaycan Respublikasının cənub ərazisində “Talış-Muğan Respublikası” elan edən Əlikram Hümmətov İrəvana gedib.

Bu barədə Ermənistanın "armtoday.info" saytı məlumat yayıb. Səfərin məqsədi İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak və çıxış etməkdir. Ə. Hümmətovun görüş çərçivəsində Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi və Dağlıq Qarabağa gedərək “Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın cənubunda “Talış-Muğan Respublikası” elan etdikdən sonra, bir müddət həbsdə qalıb və vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.