"Müsavat" başqanının müşaviri: İsgəndər Həmidov həmişə üz qarası olub
  • "Müsavat" başqanının müşaviri: İsgəndər Həmidov nə danışdığını bilmir, o daxili işlər naziri işlədiyi dövrdə də üz qarası olub

İsgəndər Həmidovun Milli Şuranın seçicilərlə görüşündə tribunada dayanması elə Milli Şuranın özünə təhqirdir. Bunu Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, İsgəndər Həmidov nə danışdığını bilmir, bu adam elə daxili işlər naziri işlədiyi dövrdə də üz qarası olub: "Elə müxalifətin yıxılma məsələsində də onun önəmli rolu olub. 1993-cü ildə iyulun 4-ə mitinq təyin etmişdi, bir sözlə, yüzlərlə belə hərəkət edib. Yenə də gəlib çıxıb tribunada ağzına gələni danışır".

Ümimilikdə, S.Əlisoy bu görüşün təşkilində anormallıq olduğunu vurğulayıb.

Milli Şurada təmsil olunan bəzi partiyaların görüşdə aktiv olmamalarına münasibət bildirən Müsavat Partiyası başqanının müşaviri görüşün bütün yükünün AXCP ilə Müsavat üzərinə düşməsini də düzgün saymır: "Milli Şuranın Mitinq Komitəsi belə məsləhət bilib ki, bu ağırlığı AXCP və Müsavat üzərinə götürsün. Söhbət belə olub. Ancaq bunu düzgün saymıram. Əgər Milli Şura varsa, onlar da Milli Şuranın tərkibinə daxildirlərsə, burada bərabər şəkildə iştirak etməlidirlər və hər kəs öz gücü çatan daşı qaldırmalıdır. Bunu Mitinq Komitəsinə rəhbərlik edən adamların məsələyə anormal yanaşmaları kimi dəyərləndirirəm".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.