Həcc ziyarəti başlayır
  • Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvar Ərəbistan yarımadasına yola düşəcək

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçiriləcək.

Belə ki, Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq və 8-dək davam edəcək.

Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvar Həcc ziyarətinə gedəcək.

QMİ həmçinin son vaxtlar Səudiyyə Ərəbistanında yayılan virusla bağlı hazırlıq işlərinidə görüb. Belə ki, zəvvarların həmin virusa yoluxmaması üçün onlara peyvəndlər vurulub və müəyyən maarifləndirici tədbirlər görülüb.

Xatırladaq ki, Həcc ziyarətinin yaxınlaşdığını və bu il ziyarətə gələn insanların artdığını nəzərə alan Səudiyyə Ərəbistanının hökuməti müqəddəs Məkkə şəhərindəki Kəbənin ətrafında apardığı genişləndirmə işlərini yekunlaşdırıb. Kəbənin ətrafındakı tikililər sökülərək 51 metr aralıda yenidən tikilib. Bundan əlavə, qadınlar və kişilər üçün ayrı-ayrılıqda 1500 hamam otağı inşa edilib. Hamam otaqlarının sayı 6 minə çatdırılıb. Həccə gələn fiziki imkanları məhdud insanlar üçün xüsusi yollar salınıb ki, onlar kütləvi ziyarət zamanı əziyyət çəkməsinlər.

(SalamNews)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.