Azərbaycanda bəzi məktəblər birləşdiriləcək
  • Azərbaycan Təhsil Nazirliyi şagirdlərinin sayı az olan orta məktəblərin birləşdirilməsi ilə bağlı xüsusi proqram hazırlayacaq.

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcək.

Bu işlər “Azərbaycan - 2020: Gələcəyə baxış” “İnkişaf Konsepsiyası”nın əsasında reallaşdırılacaq.

Qeyd edək ki, Azərbaycanda 4000-dən çox orta məktəb var. Onların 1000-dən çoxunda şagird kontingentinin sayı 100 nəfərdən azdır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.