Bakının ən böyük körpülərindən biri zədələndi
  • Bakının ən məşhur körpülərindən biri uçma təhlükəsi ilə üzləşib. İnternetdə güclü yağış yağması nəticəsində Bağırov körpüsünün uçması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov Milli.Az-a bildirib ki, yağış suları körpünün köməkçi hissəsinin istinad divarını zədələyib.

Yolun aşağı hissəsinin daşları uçub. Təxminən 2 kvadratmetr ərazidə isə körpünün fasad daşları qopub.

Şöbə müdirinin sözlərinə görə, hazırda həmin ərazidə “Azəryolservis” tərəfindən bərpa işləri aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.