Azərbaycanda qeyri adi oğurluq
  • Azərbaycan polisi Şəmkir rayonunun Düzqışlaq kəndinin sakini Hüseyn Bayramovdan 18,9 qram heroin götürüb, evə keçirilən baxış zamanı isə 1,45 kq narkotik maddə olan marixuana aşkarlanıb.

FOXnews.az Azərbaycan DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı H.Bayramovun narkotik maddəni qonşusu Eynəddin Əmiraslanovun həyətindən oğurlaması müəyyənləşdirilib. Eynəddin Əmiraslanovun evində axtarış aparılarkən daha 180 qram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.