Azərbaycanla İsrail arasında viza rejimi ləğv olunur
  • Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir.

Bunu İsrailin Azərbaycandakı səfiriRafael Harpaz deyib. Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları olan insanlara şamil olunacaq:

“Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”.

Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir:

“Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda konsert verəcək”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.