Azərbaycanda yeni dağ-xizək kurortu tikiləcək
  • Yeni qış mövsümündə Azərbaycanda daha bir böyük yay-qış turizm kompleksi istismara veriləcək.

Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev hazırda Qəbələdə iri yay-qış turizm kompleksinin inşası işlərinin başa çatdırıldığını bəyan edib.

“Kompleks yaxın vaxtlarda istismara veriləcək” – deyə, Əliyev bildirib.

Onun sözlərinə görə, Şahdağdakı kompleksdə olduğu kimi, Qəbələdə də xizək kompleksi inşa olunub və tezliklə turistlər onun xidmətlərindən yararlana biləcəklər.

“Qəbələdəki böyük turizm kompleksi yerli şirkətlərdən birinin hesabına inşa olunub və indi onun genişləndirilməsi üçün xarici sərmayədarlar cəlb olunurlar” – deyə, V.Əliyev bildirib

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.